SON XƏBƏRLƏR

Təbrizin məşhur gölü quruyur

2021.11.03, 12:35
Təbrizin məşhur gölü quruyur

Gunaz.tv

Hal-hazırda aylardır davam edən quraqlıq və gölə illik su payının buraxılmaması səbəbindən gölün çox hissəsi quruyub.

Ocan mahalının fərmandarı Yədulla Allahyari mediaya verdiyi açıqlamasında beynəlxalq siyahıya salınmış gölün qurumasının ekoloji faciə olduğunu və onun bərpasında göstərilən məsuliyyətsizliklərin heç bir məntiqi izahının olmadığını söyləyib.

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizə İdarəsinin başçısı Həsən Abbasnejad da bildirib ki, Qurugöl milli və beynəlxalq siyahıya salınmış təbiət abidəsi kimi məhv olmaq üzrədir.

O, ötən ilin oxşar dövrü ilə müqayisədə göldə su səviyyəsinin 53 santimetr azaldığını, bunun bir səbəbinin isə su təchizatı kanallarının yenilənməməsi iə bağlı olduğunu bildirib.

H.Abbasnejad cari ildə Qurugölə buraxılan su həcminin 0.96 milyon kubmetr olduğunu (ötən il bu rəqəm 1.4 milyon kubmetrə bərabər olub-müəll.)və iki dövr ərzində gölə buraxılan su həcminin 0.44 milyom kubmetr azaldığını qeyd edib.

Bir müddət bundan öncə məsələ ilə bağlı Şərqi Azərbaycan əyalətinin baş prokuroru Babək Məhbub Əlilu araşdırma işlərinin başladıldığını və gölün bərpası ilə mümkün pozuntularda əli olanların məsuliyyətə cəlb edilməsi iə bağlı açıqlama vermişdi.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

C.E 
 

حسن عباس نژاد به عنوان مدیرکل حفاظت محیط زیست استان زنجان منصوب شد

Həsən Abbasnəjad

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar