SON XƏBƏRLƏR

Təbrizin yeraltı su qaynaqları neft tullantıları ilə çirklənib

2023.02.23, 14:46
Təbrizin yeraltı su qaynaqları neft tullantıları ilə çirklənib

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyaləti məhkəməsinin Sosial və Cinayətkarlığın Qarşısının Alınması İdarəsinin başçısı Əhməd Müvəqqiri açıqlama verib.

O, bundan bir neçə il əvvəldən başlayan ekoloji problemin 2020-ci ildən bu yana dahada şiddətləndiyini qeyd edib.

"Bu bölgədə yaşayan insanların içməli su, əkin sahələri üçün suvarma suyu bu su qaynaqlarından təmin olunur. Suların çirkləndirildiyi üçün əhalinin sağlamlığı təhlükə altına düşüb",- Müvəqqiri bildirib.

Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Fəthi neft tullantıları, kanalizasiya və çirki suların suvarma kanallara axıdıldığı barədə danışımışdı.

O, bundan öncə uzun illərdir mövcud olan əkin sahələrinin yaxınlığında sonradan qurulan sənaye təsisatlarının standartlara riayər etmədiklərini və kanalizasiya sisteminin qaydasına salınmadığını bildirib.

Bundan öncədə Təbriz ətrafında olan əkin sahələri, özəlliklə Təbrizin məşhur meyvə-tərəvəz mərkəzi sayılan Şamqazan bölgəsində çirkli suların əkin sahələrini məhv etməsi ilə bağlı məlumatlar yayılıb.

Bununla yanaşı Təbriz Dəmiryol Stansiyasından ətrafa axıdılan neft və başqa zəhərli tullantılar yeraltı və yerüstü su qaynaqlarına qarışdığına, bunun qarşısının alınmadığına görə yerli əhali və ətraf mühit fəalları dəfələrlə etiraz aksiyaları keçiriblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar