SON XƏBƏRLƏR

Təbrizli bəhai müvəqqəti azadlığa buraxılıb

2022.02.03, 11:10
Təbrizli bəhai müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Sina Şəhrinin evində qanunsuz olaraq məhkəmə hökmü olmadan axtarış aparan təhlükəsizlik məmurları, ona məxsus bir neçə şəxsi əşyanı,o cümlədən bilgisayar və mobayl telefonunu  götürüblər.

Girov qarşılığında sərbəst buraxılan Sina Şəhrinin nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Ehtimal edilir ki, onun həbs edilməsinə səbə bəhai təriqətinə mənsub olmasıdır.

Yanvarın 22-də isə Sina Şəhrinin xanımı Nigar Nəsiri yanvarın İran Təhlükəsizlik Nazirliyinin Təbriz bölməsinin “27-ci otaq” kimi tanınan informasiya şöbəsinə çağrılmış, yanvarın 23-də isə dindirilmişdi.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar