SON XƏBƏRLƏR

Təbrizli Mehdi Əmini Ukrayna ordusunda işğalçılara qarşı döyüşəcək

2022.03.03, 08:10
Təbrizli Mehdi Əmini Ukrayna ordusunda işğalçılara qarşı döyüşəcək

Gunaz.tv

Təbriz Universitetində fizika oxuyan Mehdi 20 il bundan öncə təhsilini davam etdirmək üçün Ukraynaya yollanıb.

O, orada öyrənci yoldaşı Viktoriya ilə tanış olduqdan sonra ailə quraraq Ukraynada yaşamağı qərara alıb.

“Deyirəm ki, əcnəbi olduğun üçün sənə silah verməzlər. Mehdi deyir ki, mən əcnəbi deyiləm, ukraynalıyam. 20 ildir bu ölkədə yaşayıram və buranı qorumaq mənim borcumdur.

Biz özümüz dirəniş göstərib savaşmasaq nə Amerika, nə İngiltərə və nə də Polşa bizə yardım etməyəcək.

Mən Ukraynanı sevirəm və buranın Rusiyanın qarşısında təslim olmaması üçün döyüşməliyik”-deyə, təbrizli Mehdi Əmininin həyat yoldaşı Viktoriya bildirib.

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar