SON XƏBƏRLƏR

Təbrizli fəaı Şəhruz Bərzgər məhkəməyə çağrılıb

2021.10.20, 07:36
Təbrizli fəaı Şəhruz Bərzgər məhkəməyə çağrılıb

Gunaz.tv

İran Məhkəməsinin elektron sistemində yayınlanan bildirişdə onun oktyabrın 25-i, saat 10:00-da Təbrizin ikinci Cəza Məhkəməsinin 112-ci bölməsində olması istənilib.

Fəalın məhkəməyə çağırılması Əli Məzlumi Yenginin “vəzifə başında olarkən döyülməsi” barədə verdiyi şikayət əsasındadır.

Şəhruz Bərzgər iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

O, 31 iyul tarixində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Bərzgər bundan öncə 2019-cu ildə də hökumət məmurları tərəfindən saxlanılaraq basqılarla üzləşib və mülki vəsiqə qarşılığında şərti azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar