SON XƏBƏRLƏR

Təbrizli fəal Maidə Qaragöz zindana köçürülüb

2022.11.21, 11:45
Təbrizli fəal Maidə Qaragöz zindana köçürülüb

Gunaz.tv

Oktyabrın 15-də təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs edilən gənc fəal Maidə Qaragözlü noyabrın 20-də Təbriz zindanına köçürülüb.

"Bacım Maidəni zindana köçürüblər. Onun girov qarşılığında sərbəst buraxılmasına icazə verilməyib və vəkilinində işə qarşımasına mane olunub.

Bacımın nədə ittiham olunduğu barədə məlumat verilmir. Lütfən bizim səsimiz olun",-deyə, gənc fəalın bacısı özünün tviter hesabında yazıb.

Qeyd edək ki, Maidə Qaragöz bundan öncə sentyabrın 28-də özünün sosial media hesabındakı paylaşımlarına görə, həbs edilmiş və iki həftə sonra 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar