SON XƏBƏRLƏR

Təbrizli fəalı döyən kəşfiyyatçılara qarşı həbs qətimkan tədbiri ləğv edilib-Ruzbeh Piri etiraz məktubu yazdı

2021.11.27, 08:58
Təbrizli fəalı döyən kəşfiyyatçılara qarşı həbs qətimkan tədbiri ləğv edilib-Ruzbeh Piri etiraz məktubu yazdı

Gunaz.tv

Onun sözlərinə görə, Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsi tərəfindən onu döyən mülki geyimli məmurlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, bununla əlaqədar etiraz məktubu hazırlayıb.

Məktubda verilmiş qərarın dəyişdirilməsi və şahidlərin ifadələrinin dinlənilməsi, qanun pozuntusuna yol vermiş əməkdaşların məhkəməyə çağırılması haqqında sərəncam verilməsi tələb edilib.

“Sentyabrın 9-da sayı 10 nəfərdən çox olan mülki geyimli məmurlar tərəfindən hücuma məruz qalaraq qandallanıb, saxlanılma zamanı təhqir edilib və döyülmüşəm. Döyülmə nəticəsində üz, əl və ayaq nahiyəsindən xəsarət aldığım barədə həkim arayışı məhkəmə işimədə əlavə olunub.

Saxlanılma zamanı döyülmyimlə bağlı şahidlərin olmasını qeyd etməyimə baxmayaraq iş prosesində onların ifadələrinə istinad edilməyib. Ona görə də iddiamı sübut etmək üçün şahidlərin ifadələrinin dinlənilməsini xahiş edirəm"-etiraz məktubunda Ruzbeh Piri yazıb.

Ruzbeh Piri 9 sentyabrda 12 nəfər mülki geyimli təhlükəsizlik məmuru tərəfindən saxlanılıb və saxlanıldığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb. 

Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

O, iki həftə təhlükəsizlik təcridxanasında saxlanılıb və dindirildikdən sonra Təbriz Mərkəzi Zindanına köçürülüb və sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs və mühakimə edilib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar