SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları təbrizli fəal Arəş Şadməndin evinə basqın edib

2021.10.20, 07:36
Təhlükəsizlik məmurları təbrizli fəal Arəş Şadməndin evinə basqın edib

Gunaz.tv

Təhlükəsizlik məmurları heç bir məhkəmə sənədi təqdim etmədən gənc fəalın evinə basqın edib, qeyri-qanuni axtarış aparıblar. Məmurlar onun şəxsi əşyalarını, o cümlədən noutbuk, mobil telefon, hard diski, yaddaş kartı və fotoaparatını müsadirə ediblər.

Sentyabrın 30-da saxlanılan fəalın həbsi barədə məlumat oktyabrın 3-də yaxınları tərəfindən yayılıb.

Onun nədə ittiham olunduğu və harada saxlanıldığı barədə dəqiq məlumat yoxdur.

Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərindən olan və Təbrizdə yaşayan Arəş Şadmənd bundan öncə 2018-ci ilin oktyabr ayəında müəllimlərin oturaq aksiyasında iştirak etdiyi üçün təhlükəsizlik idarəsinə çağrılaraq dindirilib və hədələnmişdi.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar