SON XƏBƏRLƏR

Təbrizli fəal Höccət Muxtarzadə barədə yeni qərar çıxarıldı-Cərimə ediləcək

2022.01.17, 06:45
Təbrizli fəal Höccət Muxtarzadə barədə yeni qərar çıxarıldı-Cərimə ediləcək

Gunaz.tv

Bu barədə təbrizli milli fəal Höccət Muxtazadə özünün sosial media hesabənda etdiyi paylaşımda bildirib.

Bundan öncə Təbrizin İnqilab Məhkəməsində onun barəsində “hökumətə qarşı təbliğat” ittihamına görə barəsində çıxarılan bir il həbs cəzası Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən 5 milyon tümən cərimə cəzası ilə dəyişdirilmişdi.

2020-ci il avqustun 31-də HöccətMuxtarzadə noyabr etirazları ilə bağlı barəsində açılmış cinayət işinə görə Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 16-cı bölməsinə getdiyi zaman “kiberməkanda yalan məlumat yaymaq”, “GAMAC-a üzv olmaq” və “hökumətə qarşı təbliğat aparmaq” ittihamı ilə saxlanılıb, iki gün sonra 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Milli fəal paylaşımında “kiberməkanda yalan məlumat yaymaq” ittihamına görə, 500 min tümən cəriməyə məhkum edildiyini və “GAMAC-a üzv olmaq” ittihamından isə bəraət aldığını bildirib.

Təbrizli fəal noyabrın 17-də ETTELAAT əməkdaşları tərəfindən öz iş yerində saxlanılıb.

O iki həftə Təbriz ETTELAAT İdarəsinin təcridxanasında saxlandıqdan sonra noyabrın 30-da bu şəhərin mərkəzi zindanına köçürülüb.

İranda gözlənilmədən yanacağın qiymətinin bahalaşması ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal həbs olunub. 

Höccət Muxtarzadə bundan əvvəl 2011-ci ildə Urmu gölünün quruması ilə bağlı keçirilən aksiyalra qatıldığına görə 3 ay müddətinə həbs cəzasına məhkum edilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar