SON XƏBƏRLƏR

Təbrizli fəallar Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan müvəqqəti azadlığa buraxılıb

2022.06.06, 18:25
Təbrizli fəallar Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Fəalların iyunun 6-da 200 milyon tümənlik girov qarşılığında müvəqqəti sərbəst buraxıldıqları bildirilir.

Hər iki fəal mayın 29-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının evlərinə hücum etməsindən sonra həbs olunmuşdular.

Fəalların evinə basqın edən məmurlar onların şəxsi əşyaları, o cümlədən notbuk, mobil telefon və kitablarını özləri ilə aparıblar.

 Fəalların verdikləri məlumata görə, qanunsuz həbslərinə etiraz edən Sima Əlipur aclıq saxlanıldıqları gündən aclıq aksiyasına əl atıb və ürək xəstəliyindən əziyyət çəkən fəalın iyunun 5-də durumu dahada ağırlaşıb.

Onların “hökumətə qrşı təbliğat və müxalif qruplara üzv olmaq”da ittiham olunduqları bildirilir. 

Cavidan   
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar