SON XƏBƏRLƏR

Təbrizli həkimlərin Xoya yardımı davam edir

2023.02.13, 15:00
Təbrizli həkimlərin Xoya yardımı davam edir

Gunaz.tv

Onlar öz vəsaitləri hesabına aldıqları konteyner sığınacaqları Xoya apararaq istilik qurğuları olmayan çadırlarda yerləşdirilən vətəndaşlara veriblər.

Bundan bir neçə gün öncə tanınmış cərrah Əlirza Rəhimi əməkdaşları ilə birlikdə 40 ədəd konteyner alaraq xoylulara hədiyyə edəcəkləri barədə açıqlama vermişdi.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.

Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun başçısı Cəfər Bərzgər zəlzələ nəticəsində 13200 evin xəsarət aldığını deyib.

Zəlzələdə evləri dağılan 130 min nəfərin çadırlarda yerləşdirildiyi  bildirilsə də, minlərlə insanın sığınacaqla təmin olunmayıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar