SON XƏBƏRLƏR

Təbrizli işçilərin aksiya keçirdiyi zavod bağlandı

2021.11.30, 10:48
Təbrizli işçilərin aksiya keçirdiyi zavod bağlandı

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, zavodun naməlum müddətə qədər bağlanmasının səbəbi kimi işçilərin davamlı etiraz aksiyaları göstərilib.

“İranxodro” şirkətinin işçiləri müxtəlif problemlərə görə, o cümlədən əmək haqlarının “İranxodro”nun Tehran bölməsinin işçilərinin maaşlarından aşağı olmasına görə son bir ayda bir neçə dəfə tətil aksiyasına əl atmışdılar.

Bundan öncəki aksiyalarda işçilər bununla yanaşı iş təsnifatının olmamasına, iş şəraitinin ağır olamsına, gecikdirilmiş əmək haqlarının ödənilməməsinə, əmək müqavilələrinin 3 aydan bir yenilənməsinə, iş təhlükəsizliklərinin olmamasına etirazlarını bildirmişdilər.

Qeyd edək ki, “İranxodro” şirkətinin nominal istehsal gücü ildə 130 min avtomobil təşkil edir. Zavod rəhbərliyinin iddiasına görə, 2006-cı ildə təsis edilən zavodda bu günə kimi  bir milyondan çox minik avtomobili və furqon istehsal edilib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar