SON XƏBƏRLƏR

Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

2022.05.16, 07:57
Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

Gunaz.tv

Mayın 12-də disk atmada 54.82 santimetrlə yeni rekorda imza atan azərbaycanlı idmançı bununla Asiya və dünya üzrə 8-ci medalını qazanıb.

Qeyd edək ki, dünya səviyyəli idmançı, yüngül atletika üzrə yeddiqat dünya və Asiya çempionu Səccad Pirayqırçəmən ötən ilin oktyabrında  mətbuata müsahibəsində on ildir işsiz olduğunu və bu müddətdə məsul şəxslərin onu iş vədləri ilə aldatdığını demişdi.

Təbriz şəhərinin Sarı zəmi məhəlləsində ata evində yaşayan, 28 yaşlı eşitmə əngəlli Pirayqırçəmən hazırda səyyar siqaret satıcılığı ilə məşğuldur.

O, iki ay əvvəl eşitmə əngəlli atletlər arasında Polşada keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb.

“10 ildir iş vədi ilə məni süründürürlər. Bələdiyyə idarəsinə dəfələrlə yazdığım məktublar nəticəsiz qalıb. Nə ev, nə maşın, nə də başqa bir umacağım yoxdur. Sadəcə işlə təmin olunmaq istəyirəm. Eşitmə əngəlli atamdan məşqlər üçün pul almaqdan utanıram”, - deyə o qeyd edib.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar