SON XƏBƏRLƏR

Təbrizli ata “Alparslan” adı verdiyi oğluna şəxsiyyət vəsiqəsi ala bilmir

2021.12.19, 15:21
Təbrizli ata “Alparslan” adı verdiyi oğluna şəxsiyyət vəsiqəsi ala bilmir

Gunaz.tv

Onun sözlərinə görə, Təbrizin Qeydiyyat İdarəsi mənası türkcə olduğuna görə bu ada şəxsiyyət verməkdən boyun qaçırır. 

Əvəzpur Qeydiyyat İdarəsinin bu ghərəkəti nəticəsində övladına vaksin vurdurmaq və başqa müayinə, müalicə xidmətlərindən məhrum olduqlarını bildirib.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar