SON XƏBƏRLƏR

Təbrizli ailə Alparslan adı verdiyi övladına şəxsiyyət vəsiqəsi ala bilmir

2022.01.26, 08:25
Təbrizli ailə Alparslan adı verdiyi övladına şəxsiyyət vəsiqəsi ala bilmir

Gunaz.tv

Onun sözlərinə görə, Qeydiyyat İdarəsi bu addımı oğluna türk mənşəli ad qoyduğu üçün atıb. Bununla bağlı Təbrizin Ümumi Hüquq Məhkəməsinin 2-ci şöbəsinə şikayət verib. Lakin qurum iddiaçının dinlənilməməsinə qərar verib.

2-ci şöbə işi İnzibati Ədalət Məhkəməsinə göndərib.

Təbrizin Ümumi Hüquq Məhkəməsinin 2-ci şöbəsinin başçısı Seyid Vəliullah Höccətinin Mustafa Əvəzpurun şikayətinə cavab olaraq verdiyi qərarda yazılıb:

“...Qeydiyyat İdarəsi dövlət qurumu kimi hüquqi tənzimləmələrin icrasını pozarsa, dövlət nizamnamələrinin pozulmasını müəyyən etmək İnzibati Məhkəmənin səlahiyyətində olduğu üçün şikayətçi iddiasına Ümumi Hüquq Məhkəməsində baxıla bilməz və onun İnzibati Məhkəmədə araşdırılması lazımdır”.

Bundan öncə dekabr ayında Alparslannın atası Təbriz Qeydiyyat İdarəsinin oğlunun adının türkcə olduğuna görə doğum haqqında şəhadətnamə vermədiyi barədə sosial mediada paylaşım etmişdi.

Onun sözlərinə görə, Qeydiyyat İdarəsinin bu hərəkəti nəticəsində övladına vaksin vurdurmaq və başqa müayinə, müalicə xidmətlərindən istifadə etmək mümkün olmur.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu" da vurğulanıb.

Anadan olandan sonra uşağa adın seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində əks olunub. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar