SON XƏBƏRLƏR

"Xalqa hörmət etmək, onun iradəsini nəzərə almaq lazımdır"-Təbrizli millət vəkili hökumətə səsləndi

2022.07.12, 05:04
"Xalqa hörmət etmək, onun iradəsini nəzərə almaq lazımdır"-Təbrizli millət vəkili hökumətə səsləndi

Gunaz.tv

"İnsanlara hörmətlə yanaşılmalıdır. Vətəndaşlar paltaryuyan maşından tutmuş parlament nümayəndəsi və prezidenti seçmə hüququ olmalıdır"-deyə, Əhməd Əlirzabeygi bildirib.

Nüvə danışıqları ilə bağlı aparılan təbliğata toxunan Əhməd Əlirzabeygi bildirib ki, bu gün vətəndaşların problemi danışıqlar yox onlara hörmət edilməsi və iradələrinin nəzərə alınmasıdır.

Millət vəkilinin sözlərinə görə, bundan öncəki təcrübələr göstərir ki, vətəndaşların istəyinə nəzərə almayan hökumət onun etimadını qazana bilməyib.

"Aydın məsələdir ki, xaricilərlə danışıqlarda xalqın dəstəyi olmasa əcnəbilərin iradəsinə tabe olacaq, onların istəyinə boyun əyəcəksiniz.

Bu dəstək qazanıla bilmədiyi üçün heç bir fəaliyyət və danışıq müsbət nəticə verməyəcək. Hakimiyyət hazırkı ağır iqtisadi şəraiti nüvə danışıqları ilə əlaqələndirir. Bu belə deyil, ancaq bundan öncəki təcrübələr bunun belə olmadığını göstərir"-deyə, Təbrizin nümayəndəsi bildirib.

O, son prezident seçkilərində əhalinin 25 fazinin iştirak etdiyini xatırladıb və bildirib ki, hakimiyyət ən yaxşı halda ölkə əhalisinin yalnız 25 faizinin dəstəyinə ümid edə bilər.

Qeyd edək ki, Əhməd Əlirzabeyginin "vətəndaşlar paltaryuyan maşından tutmuş parlament nümayəndəsi və prezidenti seçmə hüququ olmalıdır" ifadəsi bir başa Əli Xameneyiyə qarşı səslənən fikirdir.

Bunda öncə Əli Xameneyi xarici məişət avadanlıqları, o cümlədən paltaryutan maşınların idxalına qadağa və yerli istehsal texnikalarından istifadə ilə bağlı göstəriş verib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar