SON XƏBƏRLƏR

Təbrizli millət vəkili prezidentin kadr siyasətini tənqid etdi: "Nazirlər Kabinetinin tərkibini dəyişməyə məcbur olacaq"

2021.11.13, 12:13
Təbrizli millət vəkili prezidentin kadr siyasətini tənqid etdi: "Nazirlər Kabinetinin tərkibini dəyişməyə məcbur olacaq"

Gunaz.tv

“Fəraru” saytına müsahibə verən milət vəkili ölkədə və hökumətdə mövcud olan bir sıra problemlər barədə danışıb və hazırkı parlamentin daha fərqli tərkibdə olduğunu bildirib.

“Düşünürəm ki, İbrahim Rəisi yeni təşkil etdiyi hökumət kabinetinin tərkibində dəyişikliklər etməyə məcbur olacaq. Bu çox baha başa gələ və siyasi zəlzələ efekti verə bilər. Ancaq qaçılmazdır”-deyə, Əlirzabeygi hazırkı hökumətin tərkibindən narazılığını ifadə edib.

O, deyib ki, hazırda İranda iki fərqli siyasi cərəyan bir-biri ilə qarşı-qarşıyadır və son seçkilərdə qələbə qazanan cərəyan millətin iradəsini təmsil etdiyini iddia edərək müxtəlif vədlər verir. Hansı ki, bu vədləri seçkidən öncə Həsən Ruhani də xalqa vermişdi.

Təbrizin nümayəndəsi İran parlamentinin hazırkı fəaliyyətini qənaətbəxş hesab etməyib və deyib ki, son parlament təşkil tapandan sonra bir çox problemlər həll olunmamış qalıb və yeni problemlər ortaya çıxıb.

“Xalq sudan istifadəyə qənaət edib dözə bilər, ancaq internetsiz yaşamaq mümkün deyil. Hazırkı dünyada hər kəsin həyatı internetlə bağlıdır. İnternet məkanına müdaxilə və nəzarət layihəsi baş tuta bilməz”-deyə, Əlirzabeygi İran parlamentinin internetə nəzarətlə bağlı layihəyə yanaşmasının iflasa uğrayacağını bildirib.

"Xalqı görməli, onun heçə sayılmasına göz yummamalıyıq. Əks təqdirdə qarşıda ciddi çətinliklər baş qaldıracaq”-deyən nümayəndə hazırkı parlamentin xalqı təmsil etmədiyinə işarə edib.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən sonra bir sıra türk millət vəkilləri, o cümlədən Əhməd Əlirzabeygi onun yeni hökumətin tərkibində azərbaycanlı kadrlara yertərincə yer verməməsini tənqid etmişdilər.

Mühafizəkar qanada bağlı olan millət vəkilləri isə bunu həmin nümayəndələrin hakimiyyət pay istəməsi kimi dəyərləndirib, Rəisini dəstəkləmişdilər.

Hazırda yeni hökumətin tərkibində iki həmədanlı, bir şərqi azərbaycanlı nazir var.  

İslami İrşad və Mədəniyyət naziri  Məhəmməd Mehdi İsmaili Həmədan əyalətinin Kəbudərahəng şəhərindən, Ədliyyə naziri Əmin Hüseyn Rəhimi Həmədanın Məlayir şəhərindən, Səhiyyə naziri Bəhram Eynullahi isə Şərqi Azərbaycan əyalətinin Sarab şəhərindəndirlər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar