SON XƏBƏRLƏR

Təbrizli millət vəkili naziri hiyləgərlikdə ittiham edib

2022.01.26, 11:23
Təbrizli millət vəkili naziri hiyləgərlikdə ittiham edib

Gunaz.tv

O, qurumun Azərbaycan Mis Şirkətinin qurulmasına və “Traxtur” klubunun bu qurumun himayəsinə verilməsi prosesinə mane olduğunu deyib.

“Sənaye, Mədən və Ticarət nazirinin müavininin Milli Mis Sənayesi Şirkətində holdinqin yaradılması ilə bağlı məktubundan nazirin Azərbaycan Mis Şirkətinin yaradılmasında üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmədiyi bəlli olur.

Nəzərə alsaq ki, belə bir durumda İran Milli Mis Şirkəti artıq xüsusi müəssisə kimi davrandığına görə, millilik statusu daşıya bilməz.

Bununla da Azərbaycan xalqının tələblərinin yerinə yetirilməməsinin və ədalətsizliyin davam etməsinin şahidi olacağıq”-deyə, millət vəkili bildirib.

 O, bildirib ki, nazirliyin son iclasında baş verənlər, Mili Mis Şirkətindən Azərbaycanın payının ödənilməsi və “Traxtur” klubunun himayəyə götürülməsi məsələlərinə məsulların, xüsusilə Sənaye, Mədən və Ticarət nazirinin səssiz qalması  qaldırılan məsələlərə əhəmiyyət verilmədiyini sübut edir.

“Əziz xalqımız bilməlidir ki, “Traxtur” klubunun Milli Mis Şirkətinin himayəsinə verilməsi artıq fırıldaqçılığa çevrilib.

Onlar artıq komandanın malikiyyət məsələsi deyil, onun üçün bir çıxış yolunun tapılmasını irəli sürüblər. Bu isə hazırda hakim olan problemlərin sürdürülməsi, məğlubiyyətlərin davam edəcəyi və istəklərimizin qulaq ardına vurulması deməkdir.

Bu isə Sənaye, Mədən və Ticarət nazirinin Şərqi Azərbaycan nümayəndələri fraksiyası tərəfindən impiçmenti ilə qarşılana biıər”-deyə, Əlirzabeygi xəbərdarlıq edib.

Qeyd edək ki, yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda “Traxtur” klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə anlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib.
 
Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncanın nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar