SON XƏBƏRLƏR

Rəisi ilə görüşdə Təbrizli millət vəkilinin çıxışına imkan verilməyib

2022.06.03, 07:21
Rəisi ilə görüşdə Təbrizli millət vəkilinin çıxışına imkan verilməyib

Gunaz.tv

Görüşdə çıxış etməyə başlayan Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeyginin mikrofonu söndürülüb və onun çıxışına icazə verilməyib.

Bundan hiddətlənən millət vəkili  “xalqı görməyənlərin sonlarının necə olacağı indidən bəllidir” deyərək toplantı zalını tərk edib. 

Qeyd edək ki, Əhməd Əlirzabeygi İbrahim Rəisinin başçılıq etdiyi hazırkı hökumətə qarşı tənqidi fikirləri ilə tanınır. 

O, dəfələrlə çıxışlarında hökumətin iqtisadi, siyasi və mədəni siyasətlərinin xalqa heç nə vəd etmədiyini, durumu dahada ağırlaşdırdığını deyib.  

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla yaxın münasibətləri olan təbrizli millət vəkili bir neçə gün öncə verdiyi müsahibədə İran təhlükəsizlik sisteminin bərbad gündə olduğunu və İsrail casuslarının İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə sızdıqlarını bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar