SON XƏBƏRLƏR

Təbrizli milli fəal məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Təbrizli milli fəal məhkəməyə çağırılıb

Gunaz.tv

Məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirşdə onun oktyabrın 18-i, səhər saat 10-da Təbrizin ikinci Cəza Məhkəməsinin 112-ci bölməsində olması tələb edilib.

Milli fəal  “qeyri-adi hərəkətlər etmək, ictimai asayişin pozulmasına səbəb olan və qanunsuz yığıncaqlara qatılmaqla vətəndaşların iş rejimləriniə, asayiş və təhlükəsizliklərinə xələl gətirmək”də ittiham olunur.

Əbülfəz Kəraməti iyulun 24-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. O, 28 iyulda 300 milyon tümənlik girov qarşılığında Təbriz zindanından müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Xatırladaq ki, Güney Azərbaycanın siyasi təşkilatları və milli fəallarının Xuzistan bölgəsində həftələrlə davam edən etirazlara dəstək məqsədilə iyulun 24-də Təbrizdə etiraz mitinqi keçirilib.

İran polisi və təhlükəsizlik qüvvələri digər şəhərlərdə əhalinin toplaşmasına icazə verməyib.

Təbrizdə keçirilən aksiyada əhali Əhvaz bölgəsində ərəb icmasının etirazlarına dəstək verib. Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və digər şüarlar səsləndirilib.

Etiraz aksiyası keçirilən gün və ondan sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Onlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb.

Sonradan ağır girovlar qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar