SON XƏBƏRLƏR

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021.12.03, 11:55
Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

Gunaz.tv

“Bir qrup nüvə danışıqlarında iştirak etməyi xəyanət adlandırırdı. İndi iş onların öz əlinə düşüb. Əgər danışıqlar xəyanətdirsə niyə imtina etmirlər?

Reallıq bundan ibarətdir ki, bizim başqa çarəmiz yoxdur. Problemləri həll etmək istəyiriksə danıçıqlar masası arxasında oturmalı, nəsə verib və nəsə almalıyıq”-deyə, Pezeşkiyan bildirib.


O, deyib ki, hər kəs şəxsi məsələsi və öz talei ilə bağlı müstəqil qərar verməkdə azad olsada, xalqın talei ilə bağlı qərar verməkdə məsuliyyətli olmalı, əhalini daha çətin vəziyyətə salmaqdan çəkinməlidir.


Millət vəkili noyabrın 17-də verdiyi müsahibədə də hakimiyyətin radikal qanadını tənqid edərək əhalinin problemlərinin çoxalmasına səbəb olduqlarını demişdi.


“Hələ də elə bilirlər ki, danışıqlarda razılığa gəlmədən problemləri həll etmək olar. Elə bir yol seçməlidirlər ki, xalqın problemləri həll olunsun.

Həm danışığa gedirik, həm getmirik kimi çıxışlarla heç nəyə nail olmaq olmaz”-deyə, Məsud Pezeşkiyan həmkarlarını əhalinin problemlərinə laqeyd yanaşmaqda ittiham edib.


 C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar