SON XƏBƏRLƏR

Təbrizli qadın idmançı yeni dünya rekorduna imza atıb-FOTOLAR

2021.12.22, 12:49
Təbrizli qadın idmançı yeni dünya rekorduna imza atıb-FOTOLAR

Gunaz.tv

“Təbriz Güclülər Klubu”nun başçısı Səid Əsgərnejad mediaya verdiyi açıqlamada düz səthdə həyata keçirilən bu tonajda ağırlıqçəkmənin dünya qadınları arasında ilk olduğunu deyib. 

O, Giti Musəvinin 12 və 13 tonluq tonluq yükləri düz səthdə çəkdiyini, son rekordunu vurmaq üçün isə aylardır məşq etdiyini qeyd edib. 

Təltif etmə mərasimində çıxış edən idmançı son rekordunuda yeniləməyi planlaşdırdığını deyib. 

“Yeni rekorda imza atdığıma görə çox sevinirəm. Bundan məqsədim güc nümayiş etdirmək deyil.

Sadəcə cinsiyyətidəsindən asılı olmayaraq bir insanın istək və iradəsi olduğu təqdirdə ən çətin işlərin öhdəsindən gələ biləcəyini göstərmək istəmişəm”-deyə, Giti Musəvi bildirib. 

 

62127531.jpg?ts=1640151356994

62127505.jpg?ts=1640151350698

62127537.jpg?ts=1640151357042

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar