SON XƏBƏRLƏR

Təbrizli siyasi məhbus Urmu zindanında aclıq aksiyası keçirir

2022.04.05, 10:59
Təbrizli siyasi məhbus Urmu zindanında aclıq aksiyası keçirir

Gunaz.tv

Güney azərbaycanlı siyasi məhbus zindan məsullarının məhbuslara qareşı basqılarına, hüquqlarının pozulması və şəxsi əşyalarının nəzarətçilər tərəfindən götürülməsinə etiraz əlaməti olaraq buna aclıq aksiyasına əl atıb.

Mehdi Sane Fərşi 12 noyabr 2020-ci ildə Urmu şəhərinin İnqilab Məhkəməsi tərəfindən “müxalif təşkilata üzv olmaq” və “hökumətə qarşı təbliğat” ittihamına görə 5 il 6 ay həbs cəzasına məhkum olunub.

Onun barəsində çıxarılan qərar Qərbi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi tərəfindən 17 dekabr 2020-ci tarixli qərarla qüvvədə saxlanılıb.

Mehdi Sane Fərşi 17 avqust 2020-ci ildə anasını görmək üçün Türkiyədən İrana gəldiyi zaman təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın Urmu şəhərindəki təcridxanasına aparılıb.

O, 11 sentyabr 2020-ci ildə təcridxanadan Urmu zindanına köçürülüb.

Əslən Təbrizdən olan Mehdi Fərşi Sanenin 44 yaşı var və hal-hazırda Urmu zindanının siyasi bölməsində məhkumluq dövrünü yaşayır.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar