SON XƏBƏRLƏR

Təbrizli uşağa Urmu adına görə sənəd verilmir

2023.02.22, 10:45
Təbrizli uşağa Urmu adına görə sənəd verilmir

Gunaz.tv

Bu barədə Urmunun atası Vəhid Bağırpur özünün sosial media səhifəsində övladının doğum haqqında şəhadətnaməsinin qeydiyyatı ilə bağlı müraciətin rədd edildiyini bildirib.

Vəhid Bağırpurun dediyinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin saytı ərizəçidən onun müraciətinə baxılması üçün adın mənşəyi və mənası barədə idarəyə etibarlı sənəd təqdim etməyi istəyib.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.

 İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar