SON XƏBƏRLƏR

Təbrizli vəkil Qasım Bodi aclıq aksiyası keçirir

2022.10.31, 08:00
Təbrizli vəkil Qasım Bodi aclıq aksiyası keçirir

Gunaz.tv

Qasım Bodi oktyabrın 25-də başqa iki azərbaycanlı vəkil Sina Yusifi və Əmir Mehdipurla birgə  qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına, işlərinə baxılmamasına və hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirmişdi.

Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Qasım Bodi Təbriz zindanında saxlanılır.

O, "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olma" və "sistemə qarşı təbliğat"da ittiham olunur.

Qeyd edək ki, vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar