SON XƏBƏRLƏR

Təbrizli vəkillər təkadamlıq kameralarda saxlanılır

2022.10.27, 09:30
Təbrizli vəkillər təkadamlıq kameralarda saxlanılır

Gunaz.tv

Vəkillər barəsində verilən məlumatda onların təcrid edildiyi və qısa tənəffüs zamanı başqa məhbuslarla danışmalarına qadağa qoyulduğu bildirilir.

Adı çəkilən vəkillər bir neçə gün bundan öncə ailələri ilə qısa telefon danışığı zamanı qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına, işlərinə baxılmamasına və hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayacaqlarını bildirmişdilər.

Qeyd edək ki, vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar