SON XƏBƏRLƏR

Təbrizli xanım fəala Maidə Qaragözə həbs cəzası verildi

2022.12.12, 14:56
Təbrizli xanım fəala Maidə Qaragözə həbs cəzası verildi

Gunaz.tv

Gənc fəal 16 ay həbs, 8 milyon tümən pul cəzasına məhkum edilməklə yanaşı cəzasını çəkdikdən sonra iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Maidə Qaragöz 15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs edilib və noyabrın 20-də Təbriz zindanına köçürülüb.

Qeyd edək ki, Maidə Qaragöz bundan öncə sentyabrın 28-də özünün sosial media hesabındakı paylaşımlarına görə, həbs edilmiş və iki həftə sonra 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxıldıqdan sonra yenidən saxlanılmışdı.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar