Həbs edilən azərbaycanlı milli fəalların şəxsi əşyaları müsadirə olunub

2020-06-12 14:02

İran təhlükəsizlik qüvvələri güney azərbaycanlı milli-mədəni fəallar Əli Vasiqi və Rza Vasiqini həbs etdikdən bir gün sonra onların iş yerində axtarış aparıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, təhlükəsizlik qüvvələri iyunun 11-də gecə saat 20:00 radələrində Vasiqi qardaşlarının reklam sahəsində fəaliyyət göstərən mağazalarına gedib və 30 dəqiqə müddətində axtarış apardıqdan sonra fəallara məxsus kompüter və digər şəxsi əşyaları müsadirə edib.

 

 

Vasiqi qardaşları iyunun 10-da axşam İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanıblar.

 

 

Əli Vasiqi dünən ailəsi ilə əlaqə saxlayaraq Ərdəbilin İttilaat(kəşfiyyat) idarəsinin təcridxanasında saxlanıldıqlarını,  nəzarətə alındıqları zaman təhlükəsizlik qüvvələri tərəfindən onlara qarşı güc tətbiq edildiyini bildirib.

 

 

Şahidlərin dediyinə görə, milli fəallar nəzarətə alındıqları zaman saxlanılmaları barədə çıxarılan hökmün göstərilməsini tələb edib, lakin təhlükəsizlik qüvvələri bundan imtina ediblər. Bundan sonra Əli və Rza Vasiqi məmurlara qarşı müqavimət göstərib. Şahidlər həmçinin təhlükəsizlik qüvvələrinin Vasiqi qardaşlarına qarşı güc tətbiq edilməsini və onların möhkəm döyülməsini təsdiqləyib.

 

 

Şahidlərin verdiyi məlumata əsasən, İran Təhlükəsizlik məmurlarının rəftarı əhalinin etirazına səbəb olub. Milli fəalların hansı səbəbdən tutulduğu barədə hələlik heç bir məlumat yoxdur.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16