Noyabrın 25-də İranın Fars əyalətində təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq naməlum yerə aparılan qaşqay qızlar barədə məlumat əldə etmək mümkün olmur.
Qaşqay fəalların verdiyi məlumata görə, Sara Səfərirad, Fatimə Səfərirad, Qəzəl Səfərirad və Zəhra Ətayi adlı xanım fəallarən ailələrinin övladlarının taleyi ilə bağlı əlaqədar qurumlara müraciətləri cavabsız qalıb.
Sara Səfəriradın Şiraz televiziyasında məcburi etirafının yayımlandığı bildirilsə də onun üzü göstərilmədiyi üçün danışanın o olub-olmadığı məlum deyil.
Cavidan