SON XƏBƏRLƏR

Həbsdən çıxan ana dili hərəkatı fəalları ilə görüş keçirilib

2023.02.15, 13:26
Həbsdən çıxan ana dili hərəkatı fəalları ilə görüş keçirilib

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində Əkbər Nəiminin ata evində keçirilən görüşdə Güney Azərbaycandakı mədəni vəziyyət, Xoy zəlzələsinə yardım məsələləri və başqa bu kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, fevralın 12-də Evin həbsxanasından sərbəst buraxılan Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib və "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq"da ittiham olunub.

Nəimi, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.

Əlirza Fərşi isə ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

O, fevralın 8-də Tehranın Evin həbsxanasından buraxılsa da, barəsində çıxarılan iki il sürgün cəzası qüvvədə saxlanılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar