Həbsdə olan güney azərbaycanlı fəallar Cəfər Rüstəmirad və Yusif Kari yeni korpuslara köçürülüb

2020-06-07 18:20

Bir ay məzuniyyətləri bitdikdən sonra Evin və  Ərdəbil həbsxanalarına geri qayıdan güney azərbaycanlı milli-mədəni fəallar Cəfər Rüstəmirad və Yusif Kari yeni korpuslara köçürülüb.

Gunaz.tv Quote | Gunaz article

İran həbsxanalarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Rüstəmirad və Kari mayın 21-də barələrində çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün təcridxanaya qayıdıblar.

 

 

Cəfər Rüstəmirad ailəsi ilə əlaqə saxlayaraq Evin həbsxanasının 4-cü korpusundan 8-ci korpusuna köçürüldüyünü bildirib.

 

 

Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu” üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.  

 

 

Fəal həbsxanaya müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.

 

 

Digər milli fəal Yusif Kari  də ailəsi ilə əlaqə saxlayaraq Ərdəbil mərkəzi həbsxanasının 16-cı korpusundan təhlükəsizlik İdarəsinə məxsus olan 7-ci korpusa köçürüldüyünü bildirib. Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani də hazırda həmin korpusda saxlanılır.

Yusif Kari martın 31-i vəsiqə girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdı.

 

 

O, 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanmışdır. Fəal sonralar Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

 

 

Qeyd edək ki, keçən aylarda koronavirusun İran həbsxanalarında yayılmasının qarşısını almaq məqsədilə məzuniyyətə göndərilən məhbuslar yenidən həbsxanalara qaytarılır.

 

 

Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmini kimi milli-mədəni fəallara hələ də məzuniyyət haqqı verilməyib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04