SON XƏBƏRLƏR

Həbsdə olan güneyli həkim Həmid Qarahəsənlinin həyatı təhlükədədir

2023.03.11, 10:47
Həbsdə olan güneyli həkim Həmid Qarahəsənlinin həyatı təhlükədədir

Gunaz.tv

Bu barədə onun yaxınları və vəkili Hüseyn Rəisi məlumat yayıblar.

Onlar həkimin həbs edildikdən sonra iki dəfə infarkt keçirdiyini, işgəncə edildiyi zaman aldığı yaraların infeksiya qapdığı və müalicəsinə imkan verilmədiyi üçün sağlıq durumunun ağırlaşdığını bildirirlər.

Qeyd edək ki, Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli 2022-ci il noyabrın 4-də həbs edilib və yarımhərbi Bəsic üzvü Ruhllah Əcəmiyanın öldürülməsində iştirak etdikləri ittihamı ilə mühakimə olunublar.

Dindirmə zamanı ağır işgəncə edilən azərbaycanlı cütlük məhkəmədə qətl hadisəsindən xəbərsiz olduqlarını və barələrində irəli sürülən ittihamın saxta olduğunu deyiblər.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar