SON XƏBƏRLƏR

Həbsdə olan təbrizli fəal Mehdi Həmidi Şəfiq qeyri-müəyyən şəraitdə saxlanılır

2022.10.06, 07:59
Həbsdə olan təbrizli fəal Mehdi Həmidi Şəfiq qeyri-müəyyən şəraitdə saxlanılır

Gunaz.tv

"Təbrizin Ümumi və İnqilab Prokurorluunun 17-ci bölməsinə müraciət etmişik. Mehdinin müvəqqəti azadlığa buraxılması üçün tələb olunan 200 milyon tümənlik girov qoymağımıza baxmayaraq onun məhkəməyə qədər azad olunmasına icazə verilmir",- deyə, Hadi Həmidi Şəfiq bildirib.

O, milli fəalın işinə baxan müstəntiq və hakimin Mehdi Həmidi Şəfiqin onlarla əməkdaşlıq etmədiyini əsas gətirərək onun sərbəst buraxılmasına icazə vermədiklərini söyləyib.

Fəalın qardaşı Mehdinin qısa müddətli telefon danışığı zamanı ETTELAAT-ın təcridxanasından Təbriz zindanına köçürüldüyü barədə xəbər verdiyini qeyd edib.

Hadi Həmidi Şəfiq qardaşının həbs edilməsindən sonra oun həyat yoldaşının da təhlükəsizlik məmurları tərəfindən təhdid edildiyini, fəalın həbs xəbərini ictimailəşdirdiyi üçün həbs ediləcəyi ilə bağlı xəbərdarlıq edildiyini deyib.

Qeyd edək ki, Mehdi Həmidi Şəfiq sentyabrın 20-də Təbrizin Əbureyhan küçəsində həyat yoldaşı ilə şəxsi avtomobilində təhlükəsizlik məmurlarının hücumuna məruz qalıb. 

Avtomobilinin şüşələri sındırılan və ağır şəkildə döyülən Mehdi Həmidi Şəfiq yaralı vəziyyətdə təhlükəsizlik idarəsinə aparılmışdı.

Mehdi Həmidi Şəfiq 2011-ci il Avqust 24-də Təbrizdə Urmu gölünün canlandırılması ilə bağlı keçirilən aksiyalarda 28 nəfərlə birlikdə təhlükəsizlik məmurları tərəfindən həbs edilib və 100 milyonluq girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Təbriz həbsxanasının nəzarətçiləri tərəfindən dəfələrlə döyülməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirən fəalın 2012-ci ildə Universitetə girməsinə qadağa qoyulub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar