SON XƏBƏRLƏR

BTC ilə neftin nəqli tam bərpa edildi

2021.10.20, 07:36
BTC ilə neftin nəqli tam bərpa edildi

Gunaz.tv
BTC ilə neftin nəqli bərpa edildi. neftoil0878.jpg Bu gündən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin nəqli tam bərpa edilib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bildirir ki, avqustun 6-da Türkiyə ərazisində baş verən yanğından sonra təmir bərpa işləri başa çatıb və sınaq işləri neft nəqlində problemlərin olmadığını göstərib. Hazırda Azərbaycandan ötürülərək Gürcüstandan keçən neft və qaz kəmərlərinin işi normal qaydada davam edir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən Tamam Bayatlı bildirir ki, BTC ilə neft nəqli bu gün bərpa edildi. BTC-də neftin nəqli avqustun 6-da Türkiyə ərazisində baş verən partlayış nəticəsində dayandırılmışdı. Bakı-Tbili-Ərzurum qaz kəmərinin isə işində yalnız bir neçə gün fasilə verilib. Dünən Azərbaycan yanacağının daşınmasında daha bir xoşagəlməz hadisə baş verib və Azərtrans şirkətinin daşıdığı neft dolu sistern Qoridə partlayıb. Gürcüstan hüquq-mühafizə orqanları bunu sisternin mina basdırılan yol ilə keçməsi zamanı baş verdiyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanda hərbi əməliyyatlar nəticəsində enerji resurslarının daşınması ilə bağlı yaranan problemlərin nəqliyyat dəhlizləri ilə bağlı planlara təsir etməyəcəyini bəyan edib. Nazirliyin sözçüsü Xəzər İbrahim deyir ki, Gürcüstan partlayış nəticəsində yaranmış yanğının qatarın bütün vaqonlarına keçməməsinə nail olub. “Təbii ki, Azərbaycan öz layihələrini həyata keçirməkdə davam edir və Gürcüstan ərazisindən keçən layihələrin işi də davam etdiriləcək”. Hələ ki, nə Azərbaycanın rəsmi qurumları, nə də neft və qaz nəqli ilə məşğul olan şirkətlər nəqliyyat dəhıizlərinin işinin dayandırılması nəticəsində dəyən maddi ziyanı müəyyənləşdirməyiblər və bu barədə heç bir rəqəm səsləndirilmir. Tamam Bayatlı bildirir ki, bu, komersiya məsələsi olduğundan hələ müəyyənləşməyib. Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Gürcüstandakı hərbi əməliyyatların enerji resurslarının daşınması layihələrinə vurduğu ən böyük ziyan bu nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ilə bağlı yaranan narahatlıqlardan ibarət olmalıdır. BTC ilə ildə bütün dünya neftinin 1 faizi qədər - təxminən 50 mln. ton neft nəql edir. Onun uzunluğu 1700 km-dən çoxdur, təxminən 276 km-i isə Gürcüstanın ərazisinə düşür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar