SON XƏBƏRLƏR

BTQ-nin reallaşmasında növbəti mərhələ."Bu dəmir yolunun Avropa və Asiya arasında mühüm nəqliyyat sisteminə çevrilməsi Azərbaycan, Türkiyə və Gürcüstanı mühüm tranzit qovşağına çevirir"

2021.10.20, 07:36
BTQ-nin reallaşmasında növbəti mərhələ."Bu dəmir yolunun Avropa və Asiya arasında mühüm nəqliyyat sisteminə çevrilməsi Azərbaycan, Türkiyə və Gürcüstanı mühüm tranzit qovşağına çevirir"

Gunaz.tv
BTQ-nin reallaşmasında növbəti mərhələ "Bu dəmir yolunun Avropa və Asiya arasında mühüm nəqliyyat sisteminə çevrilməsi Azərbaycan, Türkiyə və Gürcüstanı mühüm tranzit qovşağına çevirir" demiryolu.jpg Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevi və Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilini Türkiyəyə dəvət edib. Prezidentlər iyulun 24-də Bakı-Tiflis-Qars (BTQ ) dəmiryolunun Türkiyə hissəsinin təməlqoyma mərasiminə qatılacaqlar. Xatırladaq ki, BTQ-nin Gürcüstan hissəsinin təməlqoyma mərasimi keçən il noyabrın 20-də Marabdada (Samse-Cavaxetiya regionu) keçirilib. Həyata keçirilən bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək. BTQ-nin reallaşdırılması ilə bağlı razılaşma paketi 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Rəvan Məmmədli Layihədə 105 kilometr yeni magistralın tikilməsi nəzərdə tutulur. Bunun 29 kilometri Gürcüstan, 76 kilometri isə Türkiyə ərazisinə düşür. Bundan başqa, 183 kilometrlik Axalkələki-Marabda-Tiflis dəmir yolu yenidən qurulur. Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə veriləndən sonra birinci mərhələdə ildə 5 milyon ton yük daşınacaq. Sonra yüklərin həcmi artırılacaq. Dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstanın "Marabda-Karsi dəmir yolu" MMC-yə 25 il müddətinə illik 1 faizlə 200 milyon dollar kredit ayırıb. Gürcüstanda tikinti işlərini Azərbaycanın "Azərinşaat Servis" şirkəti aparır. Nəzərə çatdıraq ki, ABŞ və Avropa Birliyi bu layihəni maliyyələşdirməkdən imtina etmişdi. Azərbaycan isə Gürcüstana kredit ayıraraq maliyyə məsələsini yoluna qoyub və beləliklə, BTQ-nin reallaşdırılmasında əsas rolu öz üzərinə götürüb. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, BTQ həm Azərbaycan, həm də region üçün ən uğurlu layihələrdən biri hesab olunmalıdır. Ən azı ona görə ki, rəsmi Bakının bu təşəbbüsü işğalçı Ermənistanı regional layihələrdən kənarda qoymaq yönündə növbəti ciddi addımlarından biridir. Bu səbəbdən də ekspert BTQ-nin siyasi və geopolitik baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Onun sözlərinə görə, həm ABŞ, həm də Avropa Birliyi dəmir yolunun Ermənistandan keçməsinin tərəfdarı olublar. Hətta ABŞ Konqresi dəmir yolu işğalçı ölkədən keçmədiyi halda "Eksimbank"a layihəni maliyyələşdirməməklə bağlı göstəriş verib. Avropa Birliyi də quruma daxil olan ölkələrin maliyyə institutlarına anoloji yöndə tövsiyə ünvanlayıb. Ancaq buna baxmayaraq Azərbaycan hökuməti istəyinə nail olub, eyni zamanda Tiflisin maliyyə öhdəliyini yerinə yetirmək üçün 1 faizlə, demək olar ki, faizsiz 200 milyon dollar kredit ayırıb. Bu, Azərbaycanın iqtisadi gücünün artmasından, dünya bazarında neftin qiymətindən daha çox gəlir əldə edilməsi nəticəsində mümkün olub. O dedi ki, 2002-ci ilə kimi rəsmi Bakı maliyyə imkanları yetərincə olmadığı üçün Qərbin maliyyə institutlarıyla əməkdaşlıq etməyə, onların tövsiyyələrini nəzərə almağa çalışıb. Qısası, oyun qaydalarını Qərb müəyyənləşdirib. Ancaq 2002-ci ildən maliyyə bazasının möhkəmlənməsi Azərbaycan hökumətinə manevr imkanları verib. Ermənistanı regional layihələrdən kənarda qoymaqla bərabər BTQ Azərbaycan, Türkiyə və Gürcüstan arasında inteqrasiyanı gücləndirəcək. Bu da öz növbəsində ölkələr arasında siyasi əlaqələrin güclənməsinə gətirib çıxaracaq. İkincisi, BTQ Azərbaycan, Türkiyə və Gürcüstanın ixrac potensialını da artıracaq. Çünki dəmir yolu daşımalar daha ucuz başa gəlir və hər üç ölkə Avropaya əlverişli bir yol əldə edəcək. ABŞ və Fransa başda olmaqla Avropa Birliyinin bir sıra ölkələrinin dəmir yolunun məhz Ermənistandan keçirilməsi yönündə təkidlərinin səbəblərinə də aydınlıq gətirən iqtisadçı bildirdi ki, əgər onlar istəklərinə nail olardılarsa, bu, Ermənistanı blokadadan çıxaracaq, digər tərəfdən adıçəkilən ölkə tranzit haqları hesabına büdcəsi üçün daimi gəlir mənbəyi əldə edəcəkdi. ABŞ və Avropa Birliyinin dəmir yolu xəttinin Ermənistandan keçməsini istəməsinin bir özəl səbəbi də olub. Qərb dünyasına görə, əgər Axalkalakidən yox, Gümrüdən keçməklə Asiyadan gələn yüklər Avropaya və əks istiqamətə daşınardısa, bu, Azərbaycan və Ermənistanı da bir-birinə bağlar və xalqlar arasında münasibətlərin yumşalmasına, sülh üçün zəminin yaranmasına gətirib çıxarardı. Çünki bu halda dəmir yolu hər iki ölkədən keçəcəkdi. İqtisadçı ekspert qeyd etdi ki, bir sıra Avropa Birliyi ölkələrinin və ABŞ-ın belə mövqe sərgiləməsinin səbəbi həm də erməni diasporu amili ilə bağlı olub. Həmin ölkələrdə erməni diasporunun daxili və xarici siyasətə təsiri əhəmiyyətli dərəcədədir: "İqtisadi baxımdan BTQ Qərb dünyası üçün əlverişlidir. Dəmir yolunun Ermənistan yox, Gürcüstandan keçməsi yolun uzunluğunu, tikinti xərclərini də əhəmiyyətli dərəcədə artırmır. İkincisi, BTQ-nin tikintisi üçün elə də böyük vəsait tələb olunmurdu ki, buna görə çəkincəklik olsun. Ümumilikdə, tikinti və köhnə yolların rekonstruksiyası üçün 600 milyon dollar tələb olunurdu ki, bu da elə böyük rəqəm deyil. Sadəcə, ABŞ və Avropa Birliyi dəmir yolunun Gürcüstandan yox, Ermənistandan keçməsini istəyib. Bu da yolun Gürcüstandan və Ermənistandan keçərkən uzun və qısa olacağıyla bağlı deyildi. Yuxarıda da dediyim kimi onlar bu dəmir yoluna son nəticədə xalqları sülhə hazırlamaq, münasibətləri qaydaya salmaq yönündə bir vasitə kimi yanaşıblar. Ancaq ümumilikdə götürəndə, ABŞ və Avropa Birliyi bu strateji önəm daşıyan layihəyə qarşı olmayıb". O da bəllidir ki, Avropanın Rusiya və İrandan yan keçməklə Asiyaya çıxacaq alternativ variantı, dəmiryolu yoxdur. Digər tərəfdən, gələcəkdə Gümrüdən Qarsa gedən və rekonstruksiyaya ehtiyac olan dəmir yolunun işləməsi üçün də məhz Azərbaycanın buna razılıq verməsi və öz üzərindən yüklərin Ermənistana keçməsiylə razılaşması lazımdır. Rəsmi Bakı isə dəmir yolunun Gürcüstan hissəsinin maliyələşməsinə kredit ayırmaqla işğalçı ölkəni ədalətli sülh şərtləriylə razılaşmayana qədər TRASECA-dan, "Böyük İpək Yolu"ndan kənarda saxlayacağı yönündə ortaya qəti mövqe qoydu. Avropa Birliyi və ABŞ isə indinin özündə də BTQ-yə soyuq münasibət sərgiləməklə də Azərbaycanın mövqeyinə yenidən baxacağına, ən azı Gümrüdən keçən dəmir yolunun BTQ ilə paralel işləməsinə razılaşacağına ümid bəsləyir. Vüqar Baramov vurğuladı ki, Orta Asiya ölkələri, o cümlədən Çin BTQ ilə yüklərini daşıya biləcəklər. Artıq Qazaxıstan və Çin bu dəmir yolundan istifadədə maraqlı olduqlarını bəyanlayıblar. Azərbaycanla münasibətləri istiləşməkdə olan Tacikistan üçün də sözügedən xətt cəlbedici sayıla bilər. Eyni zamanda Avropa da Mərkəzi Asiya və Cənubi-Şərqi Asiya bazarlarına BTQ ilə daha əlverişli və asan çıxa biləcək. BTQ-nin Avropa və Asiya arasında mühüm nəqliyyat sisteminə çevrilməsi isə Azərbaycan, Türkiyə və Gürcüstanı mühüm tranzit qovşağına çevirir və həm də bu ölkələrə tranzit haqqı qismində davamlı gəlir vəd edir: "Konkretləşdirilsə, yüklər Xəzər dənizinin şərqindəki limanlara daşınacaq və oradan gəmi-bərələrlə Bakıya, hər üç ölkədən keçməklə Avropaya və əks istiqamətə daşına biləcək. Layihənin reallaşmasını birmənalı olaraq uğur kimi qiymətləndirmək lazımdır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar