SON XƏBƏRLƏR

Bu çılğın türklər... . A. Kərimova

2021.10.20, 07:36
Bu çılğın türklər... . A. Kərimova

Gunaz.tv
Bu çılğın türklər... A. Kərimova ayse_120108.jpg 15 iyun Türkiyə üzüldü! Damarlarda qanlar dondu! Sonra Türkiyə coşdu! Türkiyə dalğalandı! Bütün dünya dalğalanan türk bayrağını seyr etdi! 95 dəqiqə içərisində bütün türk xalqı bu hissləri bərabər yaşadı. Türkiyə- Çexiya qarşılaşması türk futbolunun gücünü göstərdi. Onu kiçik görənlər, aşağılayanlar səhvini başa düşdü. Dörddə bir finala Türkiyə yenik vəziyyətdən böyük mücadilə verərək keçdi. Avropa mətbuatı bu xəbəri sensasiya kimi yayınladı. "Çılğın türklərin çılğın qələbəsi ","Türklər Avstriyaya gəlir", "Çexiya çarəsiz qaldı", "Dünyanın ən yaxşı qapıçısı türk toplarının önünü ala bilmədi" , "İki dəfə möcüzə yaradan türklərin önündə papaq çıxarmaq lazımdı", "Türklər Cenevrədə tarix yazdı" və s. Təbii, bu başlıqlar türklərə heyranlıqdan daha çox qorxu hissi ilə atılan başlıqlardı. Avropadan kimsə türk futbolunun qələbəsinə ürəkdən sevinməz deyə düşünərkən qəzetlərdən birinin ilk səhifəsi diqqətimi çəkdi. Almaniyanın Bild qəzeti "Sizin qədər sevindik" yazmışdı. Son 20 dəqiqədə stadionda baş verənler yalnız türk futbolunun deyil, türk millətinin də yıxıldığı zaman ayağa qalxmaq və mübarizə aparmaq əzminin olduğunu bir daha göstərdi. Bu xüsusiyyət türklərə aiddir. Çox az millət zamanın və şərtlərin onun əleyhinə işlədiyi bir vəziyyətdə əzmkarlıq nümayiş etdirərək nəticəni öz xeyrinə dəyişə bilər. Əsrlər öncə Avstriyaya girə bilməyən türklər əsrlər sonra Türk Milli Komandası ilə girəcək. Bu, çox qürurverici bir an olacaq. Avropalıların barbar sandığı türklər mədəniyyət və əzm sərgiləyərək avropalıların önünə çıxacaq. Bu türklərə əsrlər sonra özünü Avropaya sübut etmək imkanı qazandıracaq. Təbii bütün bunları yazaraq bir azərbaycanlı türkü kimi həm çox qürrələnir, həm də çox məyus oluram. Kaş Azərbaycan futboluda bu siyasəti, bu uğuru, bu qələbəni, bu sevinci bizlərə yaşada biləydi. Ayşə Kərimova GÖNEN [email protected]/* */ 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar