SON XƏBƏRLƏR

Bu dəfə də alınmadı.Yovanoviç də qondarma soyqırımını tanımaqdan imtina etdi

2021.10.20, 07:36
Bu dəfə də alınmadı.Yovanoviç də qondarma soyqırımını tanımaqdan imtina etdi

Gunaz.tv
Bu dəfə də alınmadı yovanoviç də qondarma soyqırımını tanımaqdan imtina etdi siyas.jpg ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Cənubi Qafqazda vəziyyətlə bağlı dinləmələrin ikinci günü keçirilib. Bu dəfə Birləşmiş Ştatlar prezidenti tərəfindən Ermənistana səfir vəzifəsinə irəli sürülmüş Mariya Yovanoviçin namizədliyi müzakirəyə çıxarılıb. Komitə üzvlərindən ermənilərin kompakt yaşadığı Nyu-Cersi ştatından olan senator Robert Menendez M.Yovanoviçə 1915-ci ildə baş verən hadisələri soyqırımı kimi dəyərləndirib-dəyərləndirmədiyi ilə bağlı sual ünvanlayıb. "PanArmenian"ın yaydığı məlumata görə, xanım diplomat bu suala mənfi cavab verib: "Prezident Corc Buş və ondan əvvəl hər iki partiyadan seçilən prezidentlər 1915-ci il hadisələrini soyqırımı kimi tanımayıblar". Onun sözlərinə görə, prezidentin siyasəti ona yönəlib ki, Türkiyə vətəndaşları öz keçmişləri ilə və ermənilərlə barışsın. "Prezident Corc Buş bu məsələdə irəliləyiş əldə olunması üçün dəstək axtarır. Əsas nailiyyət Ermənistanın izolyasiyasına son qoyulması, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması ola bilər" - deyə xanım diplomat vurğulayıb. O əlavə edib ki, bu, çox çətin bir prosesdir və həlli vaxt tələb edir: "Lakin uğur əldə ediləcəyinə ümidvarıq. Ağ evin rəhbəri inanır ki, münasibətlər normallaşa bilər. Əgər siz mənim təyinatıma razılıq versəniz, onda mənim əsas prioritetim regional sabitliyin bərqərar olması olacaq. Əsas məqsədim erməni-türk münasibətlərinin qurulması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır. İndiki status-kvo vəziyyəti qəbul ouna bilməz və bu, ABŞ-ın regiondakı maraqlarına cavab vermir". Dinləmələr zamanı Nümayəndələr Palatasının üzvü Dayan Uotson da qondarma soyqırımı məsələsinə toxunub. O, Dövlət Departamentinin öz əməkdaşlarına "soyqırımı" kəlməsini dilə gətirməməsi barədə etdiyi xəbərdarlığa aydınlıq gətirilməsini istəyib. Buna cavab verən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Daniyel Frid bildirib ki, administrasiya baş verənlərin tarixi fakt olduğunu heç vaxt təkzib etməyib. "Nə üçün ABŞ baş verənləri ermənilərin genosidi kimi tanımır? Ümumiyyətlə, bu, baş veribmi? Hə, yoxsa yox" - deyə D.Uotson sual verib. Lakin Frid onun bu sualını cavabsız buraxıb. Dinləmələr zamanı Ermənistana maliyyə yardımının 50 faiz azaldılması da müzakirə olunub. Konqresmenlər bunun səbəbləri ilə maraqlanıblar. Yovanoviçin qondarma soyqırımı qəbul etməməsinə Amerikanın erməni icması dərhal reaksiya verib. Qırğızıstandakı keçmiş səfirin bu mövqeyi onları əməlli-başlı qəzəbləndirib. Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparyan bildirib ki, yeni səfirin belə bir bəyanat verməsindən narahatdırlar. Xatırladaq ki, bundan əvvəl Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyi senator Robert Menendez tərəfindən dondurulub. Buna səbəb isə Hoqlandın qondarma erməni soyqırımını qəbul etməkdən imtina etməsi və 1915-ci il hadisələrini faciəvi hadisə adlandırması olub. ABŞ-ın Ermənistandakı əvvəlki səfiri Con Evans isə Kaliforniyadakı erməni icması ilə görüşdə 1915-ci il hadisələrini qırğın adlandırması üzündən geri çağırılmış və istefaya göndərilmişdi. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar