SON XƏBƏRLƏR

BU GÜN(19 IYUL) CENEVRƏDƏ İRAN-AMERİKA DANIŞIQLARI OLACAQ

2021.10.20, 07:36
BU GÜN(19 IYUL) CENEVRƏDƏ İRAN-AMERİKA DANIŞIQLARI OLACAQ

Gunaz.tv
BU GÜN CENEVRƏDƏ İRAN-AMERİKA DANIŞIQLARI OLACAQ “Altılar” çərçivəsində ilk dəfə Amerika rəsmisi Tehranla birbaşa nüvə danışıqlarına qoşulur 2542.jpg Bu gün Cenevrdə BMT Təhülkəsizlik Şurasının daimi üzvləri və Almaniya İranla nüvə məsələsinə dair danışıqlara başlayacaq. Xəbər verildiyi kimi, “Altılar” çərçivəsində İranla danışıqlara ilk dəfə birbaşa olaraq yüksək rütbəli Amerika rəsmisi də qatılır. Danışıqlarda Amerikanı dövlət katibinin müavini Uilyam Berns təmsil edəcək. Bu fakt ABŞ-la İran arasında 30 illik fasilədən sonra ilk diplomatik təmas hesab edilir. Vaşinqton Bernsin danışıqlarda iştirakına İranla birbaşa münasibətlərin qurulması demək olmadığını bildirsə də, bəyan edib ki, diplomat İranın nüvə proqramlarına dair ABŞ-ın mövqeyini aydın şəkildə izah etmək üçün bu danışıqlara qoşulur. Lakin müşahidəçilər faktı ABŞ-ın İrana dair siyasətində kardinal dəyişiklik hesab edərək Vaşinqtonun diplomatik yolla Tehranı yola gətirməyi qərara aldığını qeyd edirlər. Məlumatlara görə, danışıqlarda “Altılar”ın İrana kompromis variantı təklif olunacaq. Bu varianta görə, İran zənginləşdirilmiş uran proqramını dondursa bu ölkəyə qarşı indiyədək tətbiq edilmiş sanksiyalar da dondurula bilər. Dünən Türkiyədə səfərdə olan İran xarici işlər naziri Manuçehr Möttəki bildirib ki, rəsmi Tehran bu danışıqlarda irəliyə doğru addım atılacağına ümid edir. Möttəki İranın “Altılar”ın təklifinə cavabının necə olacağını açıqlamayıb. O deyib ki, İran və Amerika xalqları arasında münasibətlərin qurulması vacibdir. İran xarici işlər naziri ABŞ-ın Tehranda diplomatik təmsilçilik açmaq təklifinin müzakirə edilə biləcəyini də deyib. İranla ABŞ arasında münasibətlərin nəzərəçarpacaq ölçülərdə yumşalması dərhal neftin qiymətlərinə də təsir edib. Cəmi bir neçə gün əvvəl bir barel üçün 150 dolları haqlayan neft son günlər ucuzlaşaraq 130 dollardan da aşağı düşüb. Dünənə olan məlumatlara görə, birjalarda neftin orta satış qiyməti 130 dollar həddində olub. Nyu York bircasında isə neftin barelinin 129 dollara satıldığı qeydə alınıb. Beləliklə, ötən həftəyə nisbətən neftin qiyməti orta hesabla 18 dollar ucuzlaşıb. Ekspertlərə görə, bu ucuzlaşmanın əsas səbəbi ABŞ-ın Tehranda diplomatik missiya açmağa hazırlaşdığı və bu ölkə ilə birbaşa danışıqlara başladığı haqda xəbərlərdir. Elə neftin bahalaşmasında da əsas səbəb İrana qarşı hərbi əməliyyatlar haqda yayılan məlumatlar olmuşdu. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar