SON XƏBƏRLƏR

Bu gün(19 iyun) Azərbaycan Parlamentinin 90 illiyi qeyd ediləcək

2021.10.20, 07:36
Bu gün(19 iyun) Azərbaycan Parlamentinin 90 illiyi qeyd ediləcək

Gunaz.tv
Bu gün Azərbaycan Parlamentinin 90 illiyi qeyd ediləcək milli_meclis_teze.jpg Təntənəli yığıncaqda dünyanın 41 ölkəsindən və beynəlxalq təşkilatlardan 200-ə yaxın nümayəndə iştirak edəcək Bu gün Azərbaycan Parlamentinin yaradılmasının 90 illiyi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Parlamentinin 90 illiyi ilə bağlı yığıncaqda dünyanın 41 ölkəsindən və beynəlxalq təşkilatlardan 200-ə yaxın nümayəndə iştirak edəcək. Yubiley mərasiminə qatılan ölkələrdən 9-u parlament sədri, 12-si isə sədr müavinləri səviyyəsində təmsil olunacaq. Yubiley tədbiri Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanının ziyarəti ilə başlayacaq. Daha sonra Milli Məclisdə geniş toplantı keçiriləcək. İclası giriş nitqi ilə Milli Məclisin sədri Oqtay Əsədov açacaq. İclasda qonaqların da çıxış edəcəkləri gözlənilir. Yubiley münasibətilə parlamentin xatirə medalı hazırlanıb. Bütün qonaqlar medallarla təltif ediləcəklər. Günün sonunda keçiriləcək ziyafətdə qonaqlara Azərbaycanın milli mətbəxindən yeməklər təklif olunacaq. Nümayəndə heyətlərinin bəzilərinin iyunun 22-nə qədər Azərbaycanda olacağı gözlənilir. Bu müddət ərzində onlar müxtəlif tədbirlərə qatılacaqlar. Nümayəndə heyətlərinin hər biri üçün xüsusi proqramlar hazırlanıb və onların istirahətindən tutmuş gəzintilərini təmin etmək üçün xüsusi nümayəndələr ayrılıb. Qeyd edək ki, mərasimlə bağlı bu gün paytaxt polisi də gücləndirilmiş iş rejimində işləyəcək. Bakı Şəhər Baş Polis idarəsindən ANS TV-yə verilən məlumata görə, qonaqların qaldıqları otellər və mərasimlərin keçirildiyi məkanlar ciddi mühafizə olunacaq. Bakı şəhər Dövlət Yol Polisindən isə bildiriblər ki, mərasimə gedən qonaqların nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin və təhlükəsizliyinin təmin olunması məqsədilə İzmir, İnşaatçılar, Hüseyn Cavid və Parlament prospektləri, eləcə də Mehdi Hüseyn, Teymur Elçin, Lermontov və BMT-nin 50 illiyi adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. /ANS TV/ ANS_PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar