SON XƏBƏRLƏR

Bu gün(23 iyul) Bakıda Xəzəryanı dövlətlərin işçi qruplarının növbəti toplantısı başlayır

2021.10.20, 07:36
Bu gün(23 iyul) Bakıda Xəzəryanı dövlətlərin işçi qruplarının növbəti toplantısı başlayır

Gunaz.tv
Bu gün Bakıda Xəzəryanı dövlətlərin işçi qruplarının növbəti toplantısı başlayır Bu gün Bakıda Xəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı başlayır. İki günlük toplantıda İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Əttar da iştirak etməlidir. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib ki, Əlirza Şeyx Əttarın səfər çərçivəsində bir sıra rəsmi görüşləri nəzərdə tutulur. Səfirin sözlərinə görə, İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq. Belə ki, komissiyaya təqdim olunacaq layihələrin sayının artırılması istiqamətində müvafiq işlər aparılır. Toplantının vaxtı isə müzakirəyə çıxarılacaq sənədlər tam hazır olduqdan sonra müəyyənləşdiriləcək. Hər bir halda komissiyanın toplantısı yaxın bir neçə ay ərzində keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar