Güney Azərbaycanda siyasi məhbusa dəstək verən azərbaycanlı türk istifadəçi və fəallar siyasi dustaq "Yusuf Kari"yə dəstək məqsədilə “Twitter fırtınası” kampaniyası keçirəcəklər. Bütün Twitter istifadəçiləri dəstək kampaniyasında iştirak etməyə çağrılıb.
Gunaz.tv
Günaz TV-nin sosial şəbəkələrdə yayımlanan bilgilərə əsasən bildirir ki, azərbaycanlı türk sosial şəbəkə istifadəçiləri #FreeYousef adı altında siyasi dustaq Yusif kariyə dəstək məqsədi ilə “Twitter”də haştag kampaniyası keçirəcəklər.
Kampaniya bu gün yanvar ayının 17-i, bazar günü, günortadan sonra Təbriz vaxtilə saat 20:00-da başlayacaq.
Aclıq aksiyasının dördüncü günündə Yusif Kari həbsxana məsullarına bazar gününə (bu gün) kimi karantin bəndindən öz palatasına köçürülmədiyi təqdirdə aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcəyi barədə xəbərdarlıq edib.
O, eyni halda aclıq aksiyasını həbsxana məsulları və nəzarətçilərinin aşağılayıcı hərəkətlərinə qarşı yeganə çıxış yolu olduğunu söyləyib. Y.Kari bunun hər hansı mənfi nəticələri ilə bağlı təhlükəsizlik-məhkəmə sisteminin rəsmiləri və həbsxana rəisi ilə məsul nəzarətçinin məsuliyyət daşıyacağını bildirib.
Xatırladaq ki, Ərdəbil zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari tibbi məzuniyyət istədiyi üçün həbsxananın məsul nəzarətçisi “Sepehri”nin təhqirlərinə məruz qalıb. Buna etiraz edən milli fəal 8-ci karantin bəndinə köçürülüb. Milli fəal yanvarın ayının 13-dən hüquqlarının təmin olunması istəyi ilə aclıq aksiyasına başlayıb.
C.E
