Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur

2016-11-12 15:29

GünAz TV: Bu gün Azərbaycanda Konstitusiya (Anayasa) Günü qeyd olunur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

 

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin (Şurəvi) tərkibində olduğu dövrə düşür.

 

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

 

Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Feb.25.2021 : “Prezident Coe Bayden Trampın viza qadağasını ləğv etdi”

2021-02-25

gun az article

Talibanın Herat vilayətindəki bazasında İrana məxsus silah-sursat və hərbi formalar aşkar edilib

2021-02-25

gun az article

İranda koronavirusdan daha 94 nəfər ölüb, 8 260 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-02-25

gun az article

Etirazçılar Zahidanda polis mərkəzinə hücum ediblər+videolar

2021-02-25

gun az article

GünazTV Feb.24.2021 : “İranın oyunu, Amerikanın dərin siyasəti. İslam rejimi qərbin son güvənini itirməyin bir addımındadır.”

2021-02-24

gun az article

Hərbi hava qüvvələrimiz ermənilərə belə zərbə endirib - VİDEO

2021-02-24

gun az article

Yoluxma azaldı, 2 nəfər öldü

2021-02-24

gun az article

Türkiyə XİN: Azərbaycan Vətən müharibəsində qələbəsi ilə türkdilli dövlətlərin gücünü dünyaya göstərdi

2021-02-24

gun az article

İranda koronavirusdan daha 73 nəfər ölüb, 8 270 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-02-24

gun az article

Ned Prays: İran səhv və təhlükəli bir istiqamətdə hərəkət edir”

2021-02-24

gun az article

Ankarada Xocalı soyqırımı ilə bağlı rəsmi tədbir keçiriləcək

2021-02-24

gun az article

Çavuşoğlu Qarabağla bağlı Ermənistana çağırış etdi

2021-02-24

gun az article

Paşinyan Ermənistanın Azərbaycana “İskəndər” atdığını etiraf etdi

2021-02-24

gun az article

Bakıda 15-20 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub - VİDEO

2021-02-24

gun az article

Tehranda üzərində partlayıcı olan kamikadzenin həbs olunduğu iddia olunur

2021-02-24

gun az article

GünazTV Feb.23.2021 : “İranın dini lideri Ayətullah Ali Hamaneyinin açıqlamaları Vaşinqtonda təhdid kimi dəyərləndirildi”

2021-02-23

gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin sayı AÇIQLANDI

2021-02-23

gun az article

20 gündə 225 şagird, 159 işçi heyəti koronavirusa yoluxub - Təhsil Nazirliyi

2021-02-23

gun az article

Yoluxma yenidən artdı - 2 nəfər öldü

2021-02-23

gun az article

İranın Səravan şəhərində “Sepah”çılar etirazçı bəluclara odlu silahlardan atəş açıblar. 10 nəfər ölüb, 5 nəfər yaralanıb - FOTOLAR

2021-02-23