Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24 10:39

Bu gün Güney Azərbaycan Milli Hərəkatının ünlü isimlərindən biri Həsən Azərbaycanın vəfat etdiyi gündür.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycanlı tanınmış milli-mədəni fəal, şair, yazıçı, incəsənət xadimi və musiqi müəllimi Həsən Dəmirçi 1941-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. 

Həsən Azərbaycan adı ilə tanınan mərhum şair Güney Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Milli fəaliyyətinə görə, dəfələrlə həbs edilən Həsən Dəmirçi müxtəlif növ cəzalara məruz qalıb.

2013-cü ilin noyabrın 4-də Təbrizdəki evində həbs edilib.

İnqilab Məhkəməsinin hakimi Bağırpurun iyul ayında çıxardığı hökmə görə, Həsən Hərgülü və Həsən Azərbaycan adları ilə də tanınan musiqiçi İrana müxalif olan etnik qrupların xeyrinə  İran İslam Respublikası nizamına qarşı təbliğat aparmaqda ittiham olunub.


"Cənab Dəmirçi icazə almadan musiqi sinifləri təşkil etmək və gizli musiqi tədris etmək, Türkiyədə və ölkə daxilində BMT-dən İran Azərbaycanında referendum keçirilməsi tələbi ilə təşkil edilən toplantılara qatılmaq, səlahiyyətli orqanlardan icazə almadan əhalidən ianə toplamaq və həbsdən azad olmuş separatçı fəallarla toplu şəkildə görüşmək kimi fəaliyyətlərlə bağlı olaraq altı ay həbsə məhkum edilir"- məhkəmə sənədində belə yazılmışdı.

 

Sənəddə qeyd edilən "əhalidən ianə toplamaq" Dəmirçinin 2012-ci ildə Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım etmək üçün apardığı fəaliyyətlə bağlıdır.

2015-ci ilin yanvar ayında Bakıya səfər etdikdən sonra İran dövləti tərəfindən xaricə çıxışına qadağa qoyulmuşdu. Çoxsaylı müraciətlərinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdi. 

"İranın Kəşfiyyat Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub və artıq Həsən bəyin durumu ilə birbaşa Tehran maraqlanır"- ETTELLAT-ın Təbriz şöbəsi əməkdaşının verdiyi qeyri-rəsmi məlumatda belə deyilirdi.


Güney Azərbaycan milli-mədəni hərəkatında göstərdiyi fədakarlığa görə Güney Azərbaycanda Həsən ağa Azərbaycan və Həsən Hərgülü ləqəbi ilə anılır.

"İcazəsiz musiqi dərsləri keçir" bəhanəsi ilə özünün təsis etdiyi və dərs dediyi musiqi mərkəzi qapadılmışdı.

Həsən Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. Azərbaycanlı fəal, mərhum professor Məhəmməd Tağı Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

Azərbaycan Mədəniyət Ocağı Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar. Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval və s. kimi Azərbaycan musiqi alətləri öyrədilmişdir. Dərnəkdə həmçinin türk dilində muğam oxumaq və Azərbaycan rəqsi kusrları təşkil olunmuşdur. 


Həsən Dəmirçi muğam musiqisi haqda Muğam: öyrəncilər üçün və başqa bir neçə cild kitabın müəllifidir.
2018-ci ilin 24 iyununda Təbriz şəhərində yerləşən xəstəxanada vəfat edib.

 

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Tanınmış azərbaycanlı fəal ustad Həsən Dəmirçi vəfat edib

Hökumətin bütün təzyiqlərinə rəğmən ustad Həsən Dəmirçinin 3 mərasimi keçirilib / “İrna” agentliyi ustadın vəfatı ilə bağlı yaydığı xəbəri saytdan silib – GÖRÜNTÜ

Mərhum Həsən Dəmirçi ailəsindən Azərbaycan əhalisinə qədirdanlıq və təşəkkür mesajı

Ustad Həsən Dəmirçiyə bəstələdiyi mahnıya görə ittiham irəli sürülüb

Ustad Həsən Dəmirçi Azərbaycan Musiqisi Məktəbinin bağlanması qərarından narazıdır

Ustad Həsən Dəmirçi istintaqa çağırılıb

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Təbriz aksiyasında həbs olunan fəallardan daha ikisinin kimliyi bəlli olub

2021-07-30

gun az article

Qərbi Azərbaycanda silah-sursat tapılıb?- İran hökumətindən üçüncü iddia

2021-07-29