SON XƏBƏRLƏR

Bu gün jurnalistlərin beşinci qurultayı keçirilir

2021.10.20, 07:36
Bu gün jurnalistlərin beşinci qurultayı keçirilir

Gunaz.tv
Bu gün jurnalistlərin beşinci qurultayı keçirilir Qurultayda Mətbuat Şurasının sədri seçiləcək metbuatsurasi08.jpg Bu gün ölkə jurnalistlərinin beşinci qurultayı keçirilir. Qurultayda Mətbuat Şurasının (MŞ) sədrinin, Nəzarət Təftiş Komissiyasının (NTK) hesabatları dinləniləcək, məruzə və hesabat ətrafında müzakirələr aparılacaq. İdarə heyəti və NTK-nın yeni tərkibinin və MŞ sədrinin seçkisi keçiriləcək, həmçinin MŞ-nin nizamnaməsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Qurultayda iştirak etmək üçün ilkin mərhələdə Mətbuat Şurasının təsisçisi olmuş 155 KİV-dən 138-nə məktub və gizli səsvermə bülleteni çatdırılıb. 17 təsisçinin Mətbuat Şurası ilə əlaqəsi tamamilə itdiyi üçün sənədlər ünvanına çatmayıb, 128 təsisçi qurultaya hazırılq üzrə komitəyə qurultayda iştirak edəcək nümayəndələrinin adları və içərisində gizli səsvermə bülletenləri olan möhürlü zərflər təqdim edib, 10 təsisçi ünvanlanmış məktublara cavab verməyib. Müxtəlif KİV-lərin təqdim etdikləri blanklarda 123 jurnalist, 132 ictimaiyyət nümayəndəsi idarə heyətinə namizəd kimi göstərilib. Bu şəxslər arasında ən çox səs toplayanların adlarının idarə heyətinə namizəd kimi səsvermə bülletenlərinə salınması nəzərdə tutulur. /ANS TV/ ANS_PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar