Milli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin doğum günüdür

2021-06-12 00:05

​​​​​​​Bu gün 1945-46-cı illərdə mövcud olmuş Güney Azərbaycan milli hökumətinin rəhbəri Seyid Cəfər Pişəvərinin anım günüdür. 

Gunaz.tv Quote | Gunaz article

Pişəvəri 12 iyun 1892-i il tarixində Güney Azərbaycanın Xalxal mahalının Zaviyə kəndində yoxsul ruhani ailəsində anadan olub. 
İlk təhsilini doğulduğu kənddə alan Seyid Cəfər 12 yaşında ailəsi ilə birlikdə Bakıya köçür.

1913-cü ildə Xırdalan kəndində məktəb açır. 

Gənc Pişəvəri Ədalət Partiyasına daxil olur, Nəriman Nərimanovla sıx əməkdaşlıq edir. 
Pişəvəri Azərbaycanın müstəqilliyinin tərəfdarı idi.

Seyid Cəfər 1941-45-ci illərdə Güney Azərbaycanda demokratik hərəkatın öncüllərindən biri olan Pişəvəri  Azərbaycan xalqının milli hüquqları uğrunda mübarizədə fəal iştirak edir. 
1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi təşkil olunur. 

Azərbaycan Milli Hökuməti-21 Azər Hərəkatı - Azərbaycan

Güney Azərbaycanda milli azadlıq hərəkatının qələbəsi nəticəsində 1945-ci il dekabrın 12-də (21 Azər) Təbriz şəhərində Azərbaycan Milli Məclisinin iclası açılır. 
Milli Məclis Azərbaycan Milli hökumətinin təşkilini Pişəvəriyə tapşırıb. Məclis 10 nazirdən ibarət hökumətin tərkibini təsdiq edir. 

Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi. 

S.C.PİŞƏVƏRİ TEHRAN-TƏBRİZ DANIŞIQLARINDA

Sənayedə fəhlə nəzarəti yaradıldı. Qənd zavodu, Təbrizin tütün və çay fabrikləri Milli hökumətin ixtiyarına keçdi. Milli hökumət Təbrizin "Şayan" trikotaj fabrikini satın aldı, Təbrizdə "Zəfər" adlı trikotaj fabriki və bir neçə şəhərdə parça və corab fabrikləri açdı.

1946-cı il fevralın 6-dan xalq qoşunları yaradılmasına başlandı. Hərbi məktəb açıldı, az müddətdə xalq qoşunları üçün 250 nəfərdən çox zabit hazırlandı. Azərbaycan Milli Hökuməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edirdi.

Mədəniyyət sahəsində mühüm işlər görüldü. Milli hökumətin 1946-cı il 6 yanvar tarixli "Dil haqqında Azərbaycan Milli hökumətinin qərarı" ilə Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.

Xalq hökuməti hesabına 7 şəhərdə tərbiyə evləri, şəhər, qəsəbə və kəndlərdə çoxlu kitabxana və qiraətxana açıldı. Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başlandı.
1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul etdi. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açıldı. Universitetdə mühazirələr türk dilində aparılırdı.

Milli hökumət İran şahlıq rejiminin hərbi təcavüzü nəticəsində 1946-cı il dekabrın 12-də süqut etdi. 
Pişəvərinin siyasi mövqeyi İran daxilində Azərbaycanın muxtariyyəti uğrunda mübarizədən onun tam müstəqilliyi ideyasınadək yüksəlmişdi. 

Seyid Cəfər Pişəvəri — Vikipediya

Milli hökumətinin süqutundan sonra Pişəvəri Sovet Azərbaycanın paytaxtı Bakıya gəlir. 1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşür və həlak olur. Milli hökumətin liderinin məzarı məzarı Bakı şəhərindəki Fəxri xiyabandadır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22