SON XƏBƏRLƏR

Bu gün son etirazlarda qətlə yetirilənlərin qırxıdır: Tehranda və digər iri şəhərlərdə bütün küçə və meydanlar polis nəzarətinə götürülüb- VİDEO

2021.10.20, 07:36
Bu gün son etirazlarda qətlə yetirilənlərin qırxıdır: Tehranda və digər iri şəhərlərdə bütün küçə və meydanlar polis nəzarətinə götürülüb- VİDEO

Gunaz.tv

GünazTV: Bu gün İranda rejimə qarşı baş vermiş son etirazlarda hökumət qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilən gənc aksiyaçı Puya Bəxtiyari və daha 1500 günahsız insanın qırxıdır.

 

Puya Bəxtiyarinin atası Mənuçehr Bəxtiyari bir neçə gün əvvəl həbsindən əvvəl xalqa müraciət edərək onları Kərəcin Səkinə qəbiristanlığında keçirilməsi nəzərdə tutulan qırx mərasimində iştirak etməyə dəvət etmişdi.

 

Çağırışın ölkə daxilində və xaricdə fəaliyyət göstərən yüzlərlə tanınmış siyasi fəal, qurum və təşkilat tərəfindən dəstəklənməsi isə molla rejiminin vahiməsinə səbəb olduğundan, rejim öz repressiv qüvvələrini yenidən küçələrə çıxarmaq məcburiyyətində qalıb.

 

 

Yayılan məlumatlara əsasən, dekabrın 24-dən başlayaraq, paytaxt Tehranın və ölkənin digər iri şəhərlərinin əsas küçə və meydanları yenidən polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Bildirilir ki, İsfahanda rejim qüvvələri insanların gözünü qorxutmaq üçün vaxtaşırı havaya güllə atır, şəhər əhalisinə öz gücünü nümayiş etdirir.

 

Həmçinin bildirilir ki, iki gün əvvəldən başlayaraq paytaxtda və digər şəhərlərdə hökumət interneti yenidən kəsib, mobil telefonlarının internetə çıxışını dayandırılıb. Hazırda ölkədə vəziyyətin son dərəcə kövrək və gərgin olduğu bildirilir.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb.

 

Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-dən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 11 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, həmçinin 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar