SON XƏBƏRLƏR

Bu gün “Traxtur” klubu “Zob Ahən”i qəbul edəcək

2021.10.20, 07:36
Bu gün “Traxtur” klubu “Zob Ahən”i qəbul edəcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu super liqa yarışları çərçivəsində növbəti görüşə hazırlaşır.


İran üzrə futbol klublarının super liqa yarışlarının 18-ci həftəsində “Traxtur” İsfahanın “Zob ahən” komandası ilə qarşılaşacaq.


Görüş yanvarın 31-i yerli vaxtla saat 15:15-də Təbrizin səhənd stadionunda baş tutacaq.


“Traxtur”-“Zob ahən” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.


Yanvarın 26-da Azərbaycan komandası ilə Tehranın “Perspolis” komandası arasında keçirilən görüş hakimin qərəzli və yanlış qərarlarının nəticəsi olaraq “Perspolis”in xeyirinə yekunlaşdı. O baxımdan bu görüş “Traxtur” tərəfdarları üçün xüsusi əhəmiyyət kəsb edir. “Traxtur”un məşqçilərindən olan Əlirza Pejman bildirib ki, bu vəziyyətdə üç xalın əldə edilməsi və komandanın qalib gəlməsi klub üçün olduqca önəmlidir.
Görüşdə çox sayda “Traxtur” tərəfdarının tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar