SON XƏBƏRLƏR

Bu hələ harasıdır! BMT dünyanın daha dəhşətli aclıqla üzləşə biləcəyini proqnozlaşdırır

2021.10.20, 07:36
Bu hələ harasıdır! BMT dünyanın daha dəhşətli aclıqla üzləşə biləcəyini proqnozlaşdırır

Gunaz.tv
Bu hələ harasıdır! BMT dünyanın daha dəhşətli aclıqla üzləşə biləcəyini proqnozlaşdırır Dünyada ərzaq məhsullarının qiymətinin kəskin artımı beynəlxalq birliyi İtaliya paytaxtında sammit keçirməyə məcbur edib. BMT-nin himayəsi altında keçirilən tədbirdə beynəlxalq donor təşkilatları, maliyyə qurumlarının təmsilçiləri iştirak edir. Statistik hesablamalara görə, ərzaq məhsullarının qiyməti son 30 ildə ən yüksək həddə çatıb. "BBC"nin məlumatına görə, ərzaq qiymətlərinin son vaxtlarda yüksəlməsi dünyada 100 milyon insanı aclıq girdabına salıb. Bu isə bir sıra ölkələrdə ərzaq qiyamlarına, zorakılıq və tətillərə yol açıb. "Bizim hesablamalarımıza görə, son üç ildə ərzağın qiymətinin iki dəfə qalxması az gəlirli ölkələrdə 100 milyon insanı kasıblıq həddinə salıb". Dünya Bankı bu qənaətdədir. Digər mütəxəssislər isə ərzağın qiymətinin qalxmasının artıq bəzi ölkələrdə aclığa gətirib çıxardığını bildiriblər. Ümumdünya Ərzaq Proqramının mətbuat katibi Robin Loc Əfqanıstanı misal çəkib: "Yanvarın sonunda prezident Kərzayi daha 2,5 milyon əfqanı yedirtmək üçün 77 milyon dollar ayırmağı xahiş etmişdi. Bu adamlar təzəlikcə aclığa düçar olublar. Onların çoxu şəhər, ya da yarımşəhər yoxsullarıdır. O insanlar ki, bu yaxınlara qədər işləyib özlərini dolandıra bilirdilər, onlar indi də əvvəlki işlərində çalışırlar. Ancaq indi ərzağın qiyməti onlar üçün əlçatmaz olub". Konfransın təşkilatçısı olan BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirib ki, bu, qarşıdan gələ biləcək bəlaların hələ başlanğıcıdır. Təşkilat bildirib ki, inkişaf etmiş ölkələr ticarətə qoyulmuş maneələri aradan qaldırmasa və ərzaqı onun daha çox tələb olunduğu bölgələrə istiqamətləndirməsə, qlobal fəlakət qaçılmaz ola bilər. Təşkilatçılar ümid edirlər ki, zəngin Qərb ölkələri ərzaq təhlükəsizliyi məsələsinə siyasi prioritet kimi baxmağa qərar verəcək. Bu il xaricdən ərzaq alan yoxsul ölkələr 40 faiz baha qiymət ödəməli olacaqlar. İndiyədək 37 ölkədə ərzaq qiyamları baş verib. BMT bildirib ki, yoxsul ölkələr yaxın gələcəkdə aclıqla üzləşməmək üçün kənd təsərrüfatının büdcəsini 10 dəfə artırmalıdır. İyunun 5-nə qədər davam edəcək sammitdə BMT rəsmiləri ilə yanaşı 40-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcəklər. Sammitdə BMT-nin baş katibi Pan Qi Munun dünya liderlərinə müraciət edərək, onları təcili ticarət məhdudiyyətlərini və kənd təsərrüfatındakı vergiləri qaldırmağa çağıracağı gözlənilir. Ümümiyyətlə, ərzağın qiymətinin son 30 ildə ən yüksək səviyyəyə qalxmasıyla bağlı müxtəlif fikirlər var. Ən çox yayılan mövqe budur ki, eneryi ehtiyatlarının qiyməti qalxır, Hindistan və Çin kimi sürətlə inkişaf edən ölkələrdə ərzağa olan təlabat artır. Bir çox mütəxəssislər hesab edir ki, qiymətlərin qalxmasında dünyanın zəngin ölkələrinin öz bazarlarını qorumaq üçün qoyduqları ticarət qadağaları böyük rol oynayır. Onların fikrincə, bu cür qadağalar inkişaf etməkdə olan dövlətlərin fermerlərini daha www.kaspi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar