SON XƏBƏRLƏR

“Bu sayda məhbus Həmədan əhalətinə heç yaraşmır”- Həmədan Ədliyyə İdarəsinin rəisi

2021.10.20, 07:36
“Bu sayda məhbus Həmədan əhalətinə heç yaraşmır”- Həmədan Ədliyyə İdarəsinin rəisi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Həmədan Əyaləti Ədliyyə İdarəsinin rəisi təmsil etdiyi əyalətdə məhbus sayının çox olmasından şikayətlənib.

 

“Gənc Müxbirlər Klubu” agentliyinin yaydığı məlumata görə, bu barədə Məhəmmədrza Ədalətxah cümə axşamı günü Həmədan zindanına baxış keçirərəkən danışıb.

 

“Statistik göstəricilər Həmədan əyalətində məhbusların sayının çox olduğunu göstərir. Bu vəziyyət əyalətimizə heç yaraşmır. Məhbusların sayını gündən-günə azaltmaq üçün dəqiq proqramlar üzərində işləmək lazımdır.”- deyə o bildirib.

 

Məhəmmədrza Ədalətxah 

 

Məhəmmədrza Ədalətxah vurğulayıb ki, məhbusların sayının artması hər zaman cəmiyyətə mənfi təsir edir. Həmçinin bilmək lazımdır ki, insanları həbs etməklə onları islah etmək mümkün deyil, bu, hətta əks təsir və daha çox fəsadlara səbəb olur.

 

Yalnız xüsusi hallarda həbs qərarını doğru hesab etdiyini deyən Ədliyyə İdarəsinin rəisi lazımsız həbs qərarı çıxaranların Allah qarşısında cavab verəcəklərini deyib.

 

Qeyd edək ki, İran və Güney Azərbaycan şəhərlərində məhbusların sayının günü-gündən artması ilə bağlı dəfələrlə həyəcan təbili çalınıb. Məhbus çoxluğunun əsas səbəbləri sırasında ölkədəki iqtisadi gərginlikdən dolayı ortaya çıxan kredit borcları və boşanma hallarıdır. Əksər şəhərlərin həbsxanasında siyasi məhbusların saxlanması da inkaredilməz faktdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar