SON XƏBƏRLƏR

Bu şəhərlərdə divarlara güney azərbaycanlı siyasi məhbusların saxlanmasını pisləyən şüarlar yazılıb

2021.10.20, 07:36
Bu şəhərlərdə divarlara güney azərbaycanlı siyasi məhbusların saxlanmasını pisləyən şüarlar yazılıb

Gunaz.tv

GünAz TV: Ərdəbil və Məlikan şəhərlərində divarlara güney azərbaycanlı siyasi məhbusların saxlanmasını pisləyən şüarlar yazılıb.

 

Ərdəbildə bazara ərtəsi günü, tanınmış milli-mədəni fəal Abbas Lisaninin aclıq aksiyasının 8-ci günü və Hamid Allahverdipurun aksiyasının 5-ci günündə şəhərin müxtəlif məntəqələrində divarlara şüarlar yazılıb.

 

“Biz Abbas Lisaninin səsiyik”, “Azərbaycanın siyasi məhbusları aclıq aksiyası keçirir”, “Azərbaycanın aslan kişiləri aclıq edib”, “Azərbaycanın siyasi məhbuslarının canı təhlükədədir” və s. kimi şüarlara Ərdəbilin müxtəlif məhəllələrində rast gəlinir.

 

 

 

Siyasi məhbuslarla bağlı oxşar şüarlar Məlikan şəhərində də yazılıb. Fəallar bu dəfə şəhərin müxtəlif məhəllələrində “Mehdi Kuxiyan azad olunsun” şüarı yazaraq güney azərbaycanlı milli-mədəni fəalın sərbəst buraxılmasını tələb ediblər.

 

 

Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb Ərdəbil zindanına verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.

 

Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə 5 günlük aclıq edən Hamid Allahverdipur isə ötən çərşənbə günü məhdud aclıq aksiyasına başlamışdır. Mayın 29-da aclığa başlayan fəal iyunun 3-ü günortadan sonra Təbriz zindanına köçürülüb.

 

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri və milli-mədəni fəal Mehdi Kuxiyan isə aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, o aprelin 13-ü axşam saatlarında Ettelaat-ın təcridxanasından Marağa zindana köçürülüb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar